2025-ci ilin yanvar-iyul ayları ərzində pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10% (367 milyon manat) çox olmaqla 4 milyard 142 milyon manat vəsait yönəldilib.
- İndeksləmə: Bütün növ pensiyalar 8,1% indeksləşdirilərək artırılıb.
- Minimum pensiya: 1 fevral tarixindən 14,3% artaraq 280 manatdan 320 manata çatdırılıb.
- Elektron pensiya təyinatı: Cari ilin yanvar-iyul aylarında 27 min, 2019-cu ildən isə e-sistem üzərindən proaktiv qaydada 165 min pensiya təyinatı həyata keçirilib.
Fuad Mədətov
Finss.az
Əlavə bax: Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar – Yanvar-İyul 2025